Qərbi Azərbaycan İcmasında ilin yekunları ilə bağlı tədbir keçirilib - FOTO

Qərbi Azərbaycan İcmasında ilin yekunları ilə bağlı tədbir keçirilib - FOTO
# 23 dekabr 2023 13:17 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasında təşkilatın 2023-cü ildə fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, eləcə də 2024-cü ildə İcmanın qarşısında duran prioritetlərin müəyyən edilməsi ilə bağlı illik Ümumi yığıncaq keçirilib.

APA xəbər verir ki, iclası giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İcmanın inzibati binasını açılışı zamanı bir qrup ziyalı ilə görüşü İcmanın 2023-cü ildə göstərdiyi intensiv fəaliyyət üçün böyük təkan və stimul olub. Dövlət başçısının tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. İcma Bakıda və bölgələrdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində çoxsaylı tədbirlər, o cümlədən elmi-praktik konfranslar, seminarlar, festivallar, sərgilər və konsertlər keçirilib.

Sədr bildirib ki, ilin əvvəlində Qayıdış Konsepsiyasının qəbulundan dərhal sonra, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsinin beynəlxalq gündəliyə gətirilməsi istiqamətində sistemli fəaliyyətə başlanmışdır. İcma Ermənistanın baş naziri Nikol Paşinyana məkub ünvanlayaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməklə, qayıdış mövzusunda dialoqa başlamaq təklifi ilə çıxış edib. Bununla yanaşı, xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər edilərək, İcmanın sülhsevər və beynəlxalq hüquqa əsaslanan missiyası barədə məlumat verilib və qayıdış hüququnun təmin olunmasında onların dəstəyi xahiş edilib.

Sədr vurğulayıb ki, İcma ötən əsrdə dörd dəfə deportasiya olunan soydaşlarımızın və onların varislərinin öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı fəaliyyətini qarşıdakı 2024-cü ildə də davam etdirəcək, bu ədalətsizliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək.

Ardınca Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli təmsil etdikləri şuralar və birliyin illik hesabatını təqdim ediblər.

Toplantı iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial və ardıcıl yanaşmaya və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi qiymətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib və qarşıdan gələn ad günü münasibətilə cənab Prezidentə səmimi təbriklərini ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR