Qərbi Azərbaycan İcmasında məlumatlandırma sessiyası keçirilib

Qərbi Azərbaycan İcmasında məlumatlandırma sessiyası keçirilib
# 18 aprel 2023 15:52 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi” məqsədilə məlumatlandırma sessiyası keçirilib.

APA xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birlikdə təşəbbüsü ilə keçirilib.

Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həmçinin soydaşlarımızın tarixi torpaqlarına sülh yolu ilə qayıtması məsələsinə toxunub.

İcma sədri qərbi azərbaycanlıların öz yurdlarında təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Əziz Ələkbərli məhz bu cür çağırışların dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva isə gənclərin azərbaycanlıların öz yurd-yuvasına geri qayıtması uğrunda apardığı bu haqq mübarizəsində daha yaxından iştirak etməsinin çox böyük önəm daşıdığına diqqət çəkib: "Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə bu mübarizəyə dəstək verəcək kifayət qədər gücə və əzmə malikdir".

Sonra Gənclər Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri çıxış ediblər.

Çıxışlar zamanı Qərbi Azərbaycan mövzusunun hər bir azərbaycanlının milli məsələsi olması və gənclərin bu məsələdə fəallıq göstərməli olduğu xüsusilə vurğulanıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədri, millət vəkili Ramin Məmmədovun təqdimatı baş tutub.

Yekunda Qərbi Azərbaycandan olan könüllülər çıxış edərək yaxınlarının və özlərinin bu deportasiyalar və soyqırımları nəticəsində yaşadıqları ağrı-acılardan bəhs edərək Qərbi Azərbaycanlılar və onların yaşadıqları, eləcə də geri qayıdış hüquqları ilə bağlı gənclərin daha da fəal iştirak edəcəyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR