Qərbi Azərbaycan İcmasının Fransa və Niderlandda nümayəndəlikləri qeydiyyatdan keçirilib

Qərbi Azərbaycan İcmasının Fransa və Niderlandda nümayəndəlikləri qeydiyyatdan keçirilib
# 23 dekabr 2023 13:31 (UTC +04:00)

Xarici ölkələrin əksəriyyətində Qərbi Azərbaycan İcmasının nümayədəliklərinin yaradılması nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, builki səfərlərdə xarici ölkələrdə kifayət qədər çox sayda Qərbi Azərbaycandan olan şəxslərin yaşadığının şahidi olublar:

"Artıq bir sıra ölkələrdə bu istiqamətdə tədbirlər keçirmişik. Xüsusən Türkiyənin Ankara, İğdır, Qars, Manisa ərazilərində də Qərbi Azərbaycandan köçmüş şəxslər var. Həmin şəhərlərdə festivalların keçirilməsi nəzərdə tutulub".

Qeyd olunub ki, bu istiqamətdə fəaliyyət Avropa ölkələrində də davam etdirilir. Artıq Fransada və Niderlandda Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri rəsmi olaraq dövlət qeydiyyatından keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR