Qərbi Azərbaycanla bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub

Qərbi Azərbaycanla bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub
# 20 iyun 2023 12:54 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.

İcmadan APA-ya verilən xəbərə görə, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, Italiya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır.

Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR