Qərbi azərbaycanlıların ikili vətəndaşlığının olması təklif edilib.
APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda dekabrın 6-da keçirilən ictimai dinləmə zamanı deyib.
"Qanunvericilikdə ikili vətəndaşlıqla bağlı məhdudiyyət var. Düşünürəm ki, bu məsələ müzakirə olunmalıdır. Xüsusilə gələcəkdə Qərbi Azərbaycana qayıdan soydaşlarımızın həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olmalıyıq", - o əlavə edib.