Rusiya Prokurorluğu İstintaq Komitəsinin əməkdaşları Azərbaycanda səfərdə olub
20 aprel 2012 15:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin əməkdaşları Azərbaycana səfər edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyası Prokurorluğu İstintaq Komitəsi arasında 28 sentyabr 2010-cu il tarixdə imzalanmış əməkdaşlıq proqramı çərçivəsində komitənin əməkdaşlarından ibarət nümayəndə heyəti 16-19 aprel tarixlərində Baş Prokurorluqda olublar. Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Baş Prokurorluq və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması və sistemin əsas parametrləri və funksionallığı barədə qonaqlara ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqlarla tanış olublar. Onlar prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə yaradılmış “İmtahan” sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə “Xüsusi məlumat” informasiya sistemi barədə məlumatlandırılıb.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024