Paşha Bank
Bank Of Baku

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
# 12 noyabr 2026 22:07 (UTC +04:00)

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR