Müəllimin süni intellekt alətlərindən istifadəsi vacibdir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, müəllim bu alətdən düzgün və səmərəli istifadə edirsə, bu, müsbət haldır.
Nazir qeyd edib ki, növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək.