Bank Of Baku

92 saylı Göyçay-Ağdaş seçki dairəsinin məntəqələrində aktivlik müşahidə olunur

92 saylı Göyçay-Ağdaş seçki dairəsinin məntəqələrində aktivlik müşahidə olunur
# 07 fevral 2024 10:42 (UTC +04:00)

92 saylı Göyçay-Ağdaş seçki dairəsinin seçki məntəqələrində aktivlik müşahidə olunur.

APA-nın Şirvan bürosu xəbər verir ki, səhər saat 08:00-dan məntəqələrdə seçkiyə start verilib. Hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, 92 saylı Göyçay-Ağdaş seçki dairəsindəki 48 məntəqədə 52803 nəfər seçici səs verəcək. İlk dəfə səs verəcək şəxslərin sayı 884 nəfərdir. Yaşı 80-dən yuxarı 986 nəfər də bu səsvermədə iştirak edəcək.

92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 17 saylı məntəqəsində 1 nəfər 104 yaşlı sakin səsvermədə iştirak edəcək. Seçki dairəsi üzrə ümumilikdə 12 veb-kamera quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR