Bank Of Baku

AIPA üzvü: Bülletenlər beynəlxalq standartlara uyğun olaraq sayılıb və protokollaşdırılıb

AIPA üzvü: Bülletenlər beynəlxalq standartlara uyğun olaraq sayılıb və protokollaşdırılıb
# 02 sentyabr 2024 15:04 (UTC +04:00)

"Parlament seçkilərində səslər bilavasitə beynəlxalq standartlara uyğun şəkildə sayılıb".

APA-nın məlumatına görə, bu sözləri ASEAN Parlament Assambleyasının (AIPA) üzvü Mousine Sos deyib.

M.Sos vurğulayıb ki, qurumun adından akkreditə olunan nümayəndələr bütün məntəqələrin zəruri avadanlıq və seçki üçün digər mühüm vasitələrlə təmin olunduğunu müşahidə ediblər.

O, habelə Azərbaycan hökumətinin təhlükəsizlik, xüsusilə də ictimai asayişin qorunması sahəsindəki fəaliyyətini yüksək dəyərləndirib:

"Azərbaycanda seçki sistemi şəffaf olduğunu müşahidə etdik. Bütün müşahidəçilərə səsvermə prosesinə şahid olmaq imkanı verilir. Bu faktorun özü müvafiq məlumatların əlçatanlığına xidmət edir. Eyni zamanda, səsvermə başa çatdıqdan sonra bülletenlər də beynəlxalq standartlara uyğun olaraq sayılır və protokollaşdırılır".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR