Bank Of Baku

AMİP: Legitimliyi heç bir şübhə doğurmayan parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib

AMİP: Legitimliyi heç bir şübhə doğurmayan parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib
# 02 sentyabr 2024 13:02 (UTC +04:00)

Növbədənkənar parlament seçkilərinin təşkili məhz yeni inkişaf dövrünü səciyyələndirən mühüm siyasi hadisələrdəndir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) seçkilərlə bağlı bəyanatında deyilir.

Qeyd olunub ki, ümumilikdə 8 namizədlə seçkilərə qatılmış AMİP sədrinin seçicilərin səsini qazanaraq Milli Məclisinin VII çağırışının deputatı seçilməsi partiyanın həyatında böyük hadisə olmaqla yanaşı, demokratiya və ədalətli seçkilərin təntənəsidir:

AMİP dörd mindən artıq müşahidəçisi ilə təmsil olunduğu 50 dairədə səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu və keçirilmiş seçkiləri ümumxalq iradəsinin təzahürü kimi dəyərləndirir. Legitimliyi heç bir şübhə doğurmayan növbədənkənar parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib: “Həmrəylik mühitini siyasi sabitliyin zəmanəti kimi tanıyan AMİP keçirilmiş parlament seçkiləri ətrafında destruktiv qüvvələrin təxribat cəhdlərini qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə edilməsini qəbulolunmaz hesab edir. Yeni reallıq və yeni dövrün əsas rəmzlərindən biri olacaq VII çağırış Milli Məclisdə AMİP-in təmsil olunması, eyni zamanda siyasi plüralizmin təzahürüdür. Məsuliyyət, peşəkarlıq və dövlətə sadiqlik prinsiplərini ictimai-siyasi fəaliyyətin mütləq meyarları kimi tanıyan AMİP sözü gedən dəyərlərə parlamentdə təmsil olunduğu dövrdə də sadiq qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR