Anqolalı deputat: Seçkilər azad və qanunvericiliyə cavab verən formada keçirilib

Anqolalı deputat: Seçkilər azad və qanunvericiliyə cavab verən formada keçirilib
# 08 fevral 2024 11:51 (UTC +04:00)

"Dünənki prezident seçkiləri azad və qanunvericiliyə cavab verən formada keçirilib".

APA xəbər verir ki, bunu Anqola parlamentinin nümayəndəsi Pedro De Morais Neto Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Mən nümayəndə heyətimiz adından təsdiq edirəm ki, seçkilər demokratik formada keçirilib",- o əlavə edib.

Nümayəndə Azərbaycanda iqtisadi və sosial sabitliyin olduğunu vurğulayıb.

"Biz 15 seçki məntəqəsində olduq. Müşahidələrimə əsasən, qadın seçicilərin daha çox olduğunu deyə bilərəm".

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR