ASEAN müşahidə missiyasının rəhbəri: Bütün seçki prosesi şəffaf keçib

ASEAN müşahidə missiyasının rəhbəri: Bütün seçki prosesi şəffaf keçib
# 08 fevral 2024 09:55 (UTC +04:00)

“7 fevralda bizim nümayəndə heyətimiz 7 məntəqədə seçki prosesi ilə tanış olaraq bütün prosesi izləyə bildik. Bütün proses şəffaf şəkildə keçib. Biz səslərin sayılması prosesində də iştirak etmişik".

APA xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Dövlətləri Assosasiyasının (ASEAN) müşahidə missiyasının rəhbəri Sanya Praseut 7 fevral Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı danışarkən deyib.

O bildirib ki, bütün proses şəffaf şəkildə aparılıb: “Şəffaf proses bizə hər şeyi daha rahat müşahidə etməyə imkan verib. Ümumilikdə, təhlükəsizlik yüksək səviyyədə təmin olunduğu üçün Azərbaycan hökumətinin, MSK-nın fəaliyyətini yüksək qiymətləndirirəm. Şəffaf seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirəm”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR