Bank Of Baku

ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir

ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir
# 01 sentyabr 2024 17:34 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri Göygöl rayonunda növbədənkənar parlament seçkilərini izləyir.

APA-nın yerli bürosunun məlumatına görə, beynalxalq müşahidəçilər Göygöl rayonunun Köşkü kəndində 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 13 saylı məntəqəsində olublar.

Qeyd edək ki, 13 saylı məntəqə Göygölün ucqar Köşkü kəndində yerləşir. Məntəqədə seçici aktivliyi müşahidə olunur.

ATƏT/DTİHB-nin müşahidə missiyası gün boyunca qərb bölgəsinin müxtəlif məntəqələrində müşahidələr aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR