ATƏT və MDB müşahidəçiləri Şirvanda seçkiləri izləyirlər

ATƏT və MDB  müşahidəçiləri Şirvanda seçkiləri izləyirlər
# 07 fevral 2024 14:23 (UTC +04:00)

51 saylı Şirvan seçki dairəsinin ərazisində MDB və ATƏT müşahidəçiləri seçkiləri müşahidə edirlər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 51 saylı Şirvan DSK-ya aid məntəqələrdə ATƏT və MDB-dən olan müşahidə missiyası seçki prosesini izləyirlər.

MDB müşahidə missiyasının Qazaxıstandan olan üzvü Serqali Aydapkelov APA-ya açıqlamasında qeyd edib ki, start anından 10-dan çox çeçki məntəqəsində seçkiləri izləyiblər və hər hansı pozuntu müşahidə edilməyib.

MDB müşahidə missiyasının üzvü seçici aktivliyinin yüksək olduğunu qeyd edib. O, əlavə edib ki, Qazaxıstanın seçki sistemi üçün Azərbaycanda keçirilən seçkilərdən öyrənməli bir çox məqamlar var.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR