Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin sayı 600-ü keçib: “Artıq 604 beynəlxalq müşahidəçi qeydə alınıb”.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 227 nəfər artıq bizdə mÜşahidəçi kimi qeydiyyatdan keçib. ATƏT PA-dan 61 nəfər müşahidəçisi, TÜRK PA-dan isə 16 nəfər akkreditasiyadan keçib”.
Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.