ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri 77 saylı Lənkəran seçki dairəsində müşahidə aparırlar.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ATƏT/DTİHB-nin İrlandiyadan olan müşahidəçiləri Patrik Danieli və Kseniya Qrebova 77 saylı Lənkəran seçki dairəsinin 25 saylı məntəqəsində olublar.
Danieli Patrik mətbuata açıqlamasında bildirib ki, seçki prosesini müşahidə edirlər, sonda müşahidələri əsasında fikirlərini açıqlayacaqlar.