Bank Of Baku

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulur

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulur
# 27 avqust 2024 13:07 (UTC +04:00)

“Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı iradı olmayıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, xarici müşahidəçilər hazırda yerlərdədir: “Xarici müşahidəçilər də qısa zamanda azad edilmiş ərazilərdə görülən işləri yüksək qiymətləndirir”.

Məzahir Pənahov hələlik işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılmadığını diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub.

Məzahir Pənahov azad edilmiş ərazilərdə 42 mindən çox seçicinin səs verəcəyini də xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR