Braziliyalı parlamentarilər: Seçkilər şəffaf şəkildə təşkil edilib

Braziliyalı parlamentarilər: Seçkilər şəffaf şəkildə təşkil edilib
# 08 fevral 2024 12:03 (UTC +04:00)

“Bütün seçki prosesi çox demokratik və şəffaf şəkildə keçirilib”.

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Braziliya parlamentinin nümayəndəsi Nelson Trad Filxo deyib.

O bildirib ki, 7 seçki məntəqəsində müşahidə aparıblar: “Seçicilərin çox təşkilatlanmış formada iştirakını gördük, onların çoxu qadınlar idi. Bunu pozitiv hal olaraq dəyərləndiririk”.

Parlament nümayəndəsi iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyi üçün Braziliyanın Azərbaycandakı səfirinə təşəkkür edib.

Braziliya parlamentinin digər nümayəndəsi Karlos Viana bildirib ki, seçkilər şəffaf şəkildə təşkil edilib və bu, Azərbaycanın gələcəyi üçün çox vacib bir seçkilər idi: “Azərbaycan və Braziliyada demokratiya oxşardır. Braziliyada da siyasi partiyalar artır. Əsas məqsəd xalqın ehtiyacını duyub və bu yöndən çıxış etməkdir”.

O, iki ölkə arasında əməkdaşlıq məsələsinə də toxunub: “Ətraf mühitin qorunması, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq edə bilər, COP çərçivəsində birgə layihələr həyata keçirə bilərik”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR