Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçicilərin siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır

Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçicilərin siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
# 17 yanvar 2024 08:30 (UTC +04:00)

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəh­bərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR