"Rusiya Federasiyasının marağı qonşuluğundakı dövlətlərin güclü olmasından ibarətdir".
APA xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü İlyas Umaxanov mətbuat konfransında deyib.
O bildirib ki, hər iki dövləti uzunmüddətli dostluq əlaqələri birləşdirir:
"Hesab edirəm ki, Azərbaycanda keçirilən Parlament seçkisi ölkənin ərazi bütövlüyünün təminatından sonra keçirilən ilk seçkidir. Rusiya Federasiyanın marağı ondan ibarətdir ki, bütün qonşu ölkələr güclü olsun. Biz Azərbaycanı məhz belə görürük. Bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif məsələlər, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Onların arasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı məsələsi də var".
Rusiya Federasiya Şurasının üzvü Aleksandr Terentyev isə Azərbaycanda Milli Məclisə keçirilən növbədənkənar seçkidə yüksək iştirak faizi qeydə alındığını bildirib:
"Parlamentdə formalaşan çoxluğun ölkənin daxili və xarici siyasətini dəstəkləyənlərdən ibarət olan şəxslərdən ibarət olması çox uğurlu bir nəticədir. İnsanların seçkilərə gəlməsi o deməkdir ki, hər kəs bu siyasəti dəstəkləyir" - deyə, o fikirlərini yekunlaşdırıb.