İqor Korotçenko: Seçkilərin Qarabağda da keçirilməsi mühüm əhəmiyyət kəsb edir

İqor Korotçenko: Seçkilərin Qarabağda da keçirilməsi mühüm əhəmiyyət kəsb edir
# 07 fevral 2024 11:54 (UTC +04:00)

Beynəlxalq müşahidəçilər seçki məntəqələrində monitorinqi davam etdirir.

APA xəbər verir ki, 7 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı ekspertlər seçki prosesini izləyiblər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko APA-ya açıqlamasında bugünkü seçkinin Azərbaycan üçün çox önəmli hadisə olduğunu vurğulayıb.

"Bu seçki Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edir. Ona görə ki növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün ərazisində, o cümlədən, Qarabağda keçirilir", - deyib.

Ekspert növbədənkənar prezident seçkilərini Azərbaycanın gələcək həyatı üçün vacib vektor adlandırıb: "Bu mənada, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edir".

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR