İtaliya parlamentinin nümayəndəsi: Ölkəmizlə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir

İtaliya parlamentinin nümayəndəsi: Ölkəmizlə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir
# 07 fevral 2024 12:50 (UTC +04:00)

İlk dəfədir ki, Azərbaycandayam. Bu saatadək olduğumuz məntəqələrdə seçkilərin şəffaf keçdiyini müşahidə etmişik.

APA xəbər verir ki, bunu İtaliya parlamentinin Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin üzvü Salvatore Kaiyata Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar danışarkən deyib.

O qeyd edib ki, İtaliya ilə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir.

"Bu, çox sevindiricidir. Bu saatadək artıq 9 məntəqədə müşahidə aparmışıq, hər hansı pozuntu və qanunsuzluq qeydə alınmayıb", - deyə o əlavə edib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR