Bank Of Baku

Lənkəranda 104 yaşlı seçici səs verib - FOTO

Lənkəranda 104 yaşlı seçici səs verib - FOTO
# 01 sentyabr 2024 11:55 (UTC +04:00)

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran - Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.

Qızvəs Mehtiyeva APA-nın cənub bürosuna bildirib ki, əvvəlki bütün seçkilərdə iştirak edib: "Səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Layiqli namizədə səs verdim".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR