Bank Of Baku

Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır - FOTO

Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır - FOTO
# 01 sentyabr 2024 08:37 (UTC +04:00)

Lənkəranda növbədənkənar parlament seçkilərinə start verilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır. 132 seçki məntəqəsi üzrə ümumi seçicilərin sayı 139 166 nəfər təşkil edir. Seçicilərdən 1399 nəfəri ilk dəfə səs verəcək.

Lənkəran rayonunda 3 dairə üzrə 22 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri yerli müşahidəçilərlə yanaşı xarici müşahidəçilər də izləyir.

Qeyd edək ki, ölkənin ən yaşlı seçicisi 134 yaşlı Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR