"Azərbaycanda səsvermə prosesinin başlandığı vaxtdan apardığımız müşahidələr göstərdi ki, bütün qaydalara əməl olunurdu".
APA xəbər verir ki, bu fikirləri Mərakeş Parlamentinin Maliyyə-Nəzarət Komitəsinin sədri Məhəmməd əl Hüceyrə keçirilən mətbuat konfransında deyib:
“Olduğumuz hər məntəqədə seçicilərin adları ciddi şəkildə yoxlanıldıqdan sonra onlara seçki bülleteni verilirdi. Eyni zamanda namizədlərin nümayəndələri də prosesə nəzarət edirdi. Məntəqədə olarkən orada işləyənlərdən hər hansı pozuntunun olub-olmadığını soruşduq, heç bir pozuntu olmadığını dedilər. Bu seçkilər həm də Azərbaycanın suveren ərazilərində, azad Qarabağdakı ilk seçki oldu. Bu da onu daha fərqli edir. Belə bir demokratiya bayramı münasibəti ilə Azərbaycan xalqını, Prezidentini təbrik edirəm”.