Mərakeşli deputatlar: Seçicilərə öz istədikləri namizədlərə səs vermələri üçün şərait yaradılmışdı

Mərakeşli deputatlar: Seçicilərə öz istədikləri namizədlərə səs vermələri üçün şərait yaradılmışdı
# 08 fevral 2024 10:55 (UTC +04:00)

“Beynəlxalq müşahidəçi qismində Azərbaycanda növbədənkənar prezident seçkisində iştirak etmək mənim üçün böyük şərəfdir”.

APA xəbər verir ki, bunu 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmiş Mərakeş Nümayəndələr Palatasının deputatı Tami Ovazzani Tuhami yerli media üçün açıqlamasında deyib:

"Biz həmçinin Qoşulmama Hərəkatına üzv ölkədən nümayəndə kimi buradayıq. Bu seçki ilə tarixi bir məqam da ondan ibarətdir ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq seçkilər bütün Azərbaycan ərazisində, erməni işğalından azad olunmuş ərazilərdə də keçirilirdi”.

O qeyd edib ki, müşahidə apardıqları 13 məntəqədə şəffaflıq və yüksək seçici fəallığının şahidi olublar.

“Seçicilər rahat şəkildə öz istədikləri namizədə səs verdi, heç bir kənar müdaxilə olmadan, siyasi ifadələrinə uyğun olaraq", - deyə mərakeşli deputat bildirib.

Mərakeş Nümayəndələr Palatasının deputatı Mohamed El Hecira isə çıxışında deyib ki, o, seçkilərin beynəlxalq meyarlara uyğun keçirilməsini müşahidə edib.

"Seçki yüksək səviyyədə keçdi. Müşahidə apardığımız məntəqələrdə seçkilərə, demokratik qaydalara zidd hərəkətlər və pozuntularla rastlaşmadıq. Seçicilərin iradə azadlığı ilə öz istədikləri namizədlərə səs verməsinə şərait yaradılmışdı. Seçkilərin belə yüksək səviyyədə keçirilməsi və başa çatması münasibətilə Azərbaycanı təbrik edirəm. Burada seçkilərlə bağlı öyrəniləcək çox şeylər vardı. Mən dost, qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və inkişaf arzu edirəm", - o deyib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR