2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 22-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.
APA xəbər verir ki, neynəlxalq müşahidə missiyası təmsilçilərinin də qatıldığı iclasda, Mətbuat qrupunun tərkibinə daxil olan MSK üzvləri və media subyektlərinin nümayəndələri iştirak edib.
İclasda öncə Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələrindən bəhs olunaraq diqqətə çatdırılıb ki, Qrup mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət olan Mətbuat qrupunun fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir. Mətbuat qrupu öz fəaliyyətində qanunvericiliklə müəyyənləşdirilmiş norma və tələbləri rəhbər tutmaqla, mediada seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.
Sonra medianın seçkilərdə rol və vəzifələrindən söhbət açılıb, media mənsublarının seçkilərdə azad, sərbəst şəkildə iştirak etdiyi, proseslərin gedişi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynadığı qeyd olunub. Vurğulanıb ki, qanunvericilik istər seçkilər zamanı aşkarlığın və şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü peşə fəaliyyətlərini yerinə yetirərkən media nümayəndələri üçün geniş hüquqlarla bərabər, vəzifə və məsuliyyətlər də nəzərdə tutub. Ona görə də seçkiqabağı təşviqat prosesində Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə ciddiyyətlə və dəqiqliklə əməl olunmalıdır.
İclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıqların gedişindən danışılıb, MSK tərəfindən seçicilərin məlumatlandırılması və fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsinə hədəflənən genişmiqyaslı layihələr reallaşdırıldığı bildirilib. Qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqat aparılması qaydaları barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının sivil və müasir tələblərə cavab verən şəraitdə keçməsi üçün bütün təşviqat subyektlərinə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Avqustun 9-dan start götürən təşviqat kampaniyası namizədlərin yüksək fəallığı şəraitində müvəffəqiyyətlə davam edir. Seçki Məcəlləsinin tələblərinə əsasən Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədi qeydə alınmış siyasi partiyalar, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.
MSK nəzdində Mətbuat qrupu mediada seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini bir daha vurğulayıb, müvafiq tələblərə əməl olunmamasının qanuni məsuliyyət doğurduğunu xatırladıb və media mənsublarının öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
Mətbuat qrupu seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda növbəti iclaslarının keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb.
Seçkiqabağı təşviqatın aparılması ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələrdən və iştirakçıların suallarına aydınlıq gətirildikdən sonra iclas öz işini yekunlaşdırıb.
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Seçki-2024
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib