Moldovalı deputat: Şuşa və Xankəndidə oldum, seçki prosesi şəffaf şəkildə aparılırdı

Moldovalı deputat: Şuşa və Xankəndidə oldum, seçki prosesi şəffaf şəkildə aparılırdı
# 08 fevral 2024 10:54 (UTC +04:00)

Seçki prosesini izləmək üçün Şuşa və Xankəndidə oldum. Proses şəffaf şəkildə aparılırdı. Təəssüratlarım çox xoşdur.

APA xəbər verir ki, bunu Moldova Parlamentinin nümayəndə heyətinin rəhbəri Vitali Jakot deyib.

“Azərbaycan bizim üçün strateji partnyor kimi çox əhəmiyyət daşıyır. Xankəndi və Şuşada seçki prosesini izlədik. Səhər saatları olmasına baxmayaraq, aktivlik müşahidə edilirdi. Seçki komissiyasının üzvləri ilə söhbət apardım. 30 il sonra öz evlərinə qayıdan insanların üzündə çox böyük optimizm və ümid müşahidə etdim. Bu əminliklə bir çox məsələlərin öhdəsindən gəlmək olar”, - Vitali Jakot deyib.

O, həmçinin əlavə edib ki, iki il əvvəl Parlamentlərarası dostluq qrupunu təmsil edərək Şuşada olub:

“İndi yenidən Şuşada və Xankəndində oldum və anladım ki, Azərbaycan doğru yoldadır. Erməni əhalinin qoyub getdiyi əmlaka, evlərə qarşı hər hansı qeyri-adekvat münasibət müşahidə etmədim”.

Vitali Jakot vurğulayıb ki, Moldova beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Bizi birləşdirən cəhətlər çoxdur. Moldova bundan sonra da Azərbaycanla həmrəyliyi davam etdirəcək”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR