Bank Of Baku

MSK ATƏT-dən azad edilmiş ərazilərdə də seçkiləri müşahidə etməyi tələb edir

MSK ATƏT-dən azad edilmiş ərazilərdə də seçkiləri müşahidə etməyi tələb edir
# 06 fevral 2024 14:45 (UTC +04:00)

“MSK ilk dəfədir beynəlxalq qurumlardan xüsusi xahiş edir, tələb edir ki, beynəlxalq müşahidəçilər, xüsusilə ATƏT azad edilmiş ərazilərdə seçkiləri müşahidə etsin”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ATƏT DTİHB nümayəndələri artıq azad edilmiş ərazilərdə olub, dairə seçki komissiyası sədrləri ilə görüşüb: “Xüsusi xahişimiz ondan ibarətdir ki, beynəlxalq qurumlar seçki günü də azad edilmiş ərazilərdə olsunlar. Bu Azərbaycan xalqına hörmət olar. Bəzi qurumlar artıq seçki günü azad edilmiş ərazilərə gedəcəklərini bildiriblər”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR