MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub- YENİLƏNİB-3

MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27  faiz olub- YENİLƏNİB-3
# 02 sentyabr 2024 01:28 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, respublika üzrə seçici fəallığı 37,27 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

1 sentyabr, saat 17.52

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 2 172 087 nəfər səs verib, seçici fəallığı 33,82 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

1 sentyabr, saat 15:38

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1 893 555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

1 sentyabr, saat 12:24

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

1 sentyabr, saat 10: 39

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər respublika üzrə 636 842 nəfər səs verib, seçici fəallığı 9.92 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR