Bank Of Baku

MSK sədrinin müavini: Veb-kameralarla müşahidə üçün heç bir qeydiyyat tələb olunmur

MSK sədrinin müavini Rövzət Qasımov

© APA | MSK sədrinin müavini Rövzət Qasımov

# 22 avqust 2024 16:09 (UTC +04:00)

Seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan, səsvermə günü məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcəklər.

Rövzət Qasımovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkiləri veb-kameralar vasitəsilə daha çox ABŞ, Türkiyə və İngiltərədən izləyirlər və bu da ölkədə gedən proseslərə xaricdən olan marağın göstəricisidir: “Prosesi canlı yayımlayan kameralar kifayət qədər yüksək standartlara cavab verir. Veb-kameralarda seçki qutularının görünməsi məcburi xarakter daşıyır. MSK əvvəlki seçkilərdə də veb-kameralar olan məntəqələrdən şikayət daxil olanda saatlarla veb-kameralardan görüntüləri araşdırıblar. Veb-kameralar ədalətli qərar çıxarılmasına da kömək olur”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR