Bank Of Baku

Naxçıvanda ən yaşlı seçicinin 104 yaşı var

Naxçıvanda ən yaşlı seçicinin 104 yaşı var
# 01 sentyabr 2024 10:50 (UTC +04:00)

Naxçıvanda Muxtar Respublikasında həm parlament, həm də Ali Məclisə seçkilər keçirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, dairələr üzrə məntəqələrdə seçici aktivliyi müşahidə olunur. Naxçıvanda yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir və ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var.

O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından APA-ya bildirib ki, muxtar respublika üzrə məntəqələrdə indiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR