Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının protokolu tərtib ediləcək.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, dairə seçki komissiyaları işinə yekun vurulmuş sayılmalıdır: “Buna görə də protokol tərtib edilməlidir”.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, protokolun tərtibi üçün fasilə verilməlidir: “Protokolun hazırlanması üçün rəqəmlərə dəqiq baxılmalıdır. MSK katibi Arifə Muxtarova, Komissiya üzvlərindən İlkin Şahbazov və Ramiz İbrahimov protokolun hazırlanması üçün gedəcək”.