"Prezidentin siyasətini dəstəkləyən namizədlər bu seçkidə daha yaxşı nəticə göstəriblər".
APA xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı George Birnbaum mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, YAP olduqca yüksək nəticələr göstərib.
"Bitərəf namizədlər də yaxşı nəticə göstərib", - o əlavə edib.