Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb

Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb
# 16 avqust 2024 16:06 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün daha bir təşkilat müraciət edib.

APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, seçkilərdə “exit-poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib.

Təşkilatın müraciəti iclasda səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bundan öncə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilatın - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciəti qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR