Suraxanı rayonu 31 saylı seçki dairəsinin 20 saylı seçki məntəqəsində 7 fevral növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsverməyə start verilib.
APA xəbər verir , hazırda seçki dairəsinin qarşısında sıxlıq müşahidə edilir.
Səsverməyə gələn seçicilər növbəlilik prinsipi ilə səslərini veriblər. Məntəqədə hansısa arzuolunmaz hal müşahidə edilmir.
Qeyd edək ki, məntəqə üzrə 10 nəfər qeydiyyatdan çıxarılıb, hazırda 1200 seçicinin səsvermə hüququ var.
18 nömrəli saylı Nəriman Nərimanov-Nizami-Binəqədi rayon üzrə seçki dairəsinin 24 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərində səsvermə prosesində seçicilərin xüsusi fəallığı müşahidə olunur.
APA xəbər verir ki, məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1498 nəfərdir. Hazırda seçkidə heç bir insident qeydə alınmayıb.
17 saylı Yasamal III seçki dairəsinin 33 saylı seçki məntəqəsində vətəndaşlar arasında aktivlik müşahidə olunur.
APA xəbər verir ki, məntəqədə 947 seçici qeydiyyatdadır. Dörd nəfər xəstə olduğundan səsvermə hüququndan evdə istifadə edəcəklər. Onların da səsi günorta saatlarında qeydə alınacaq. Seçki prosesini izləmək üçün 2-si məşvərətçi olmaqla 18 müşahidəçi iştirak edir. Məntəqədə qeydiyyatda olan ən yaşlı seçicinin 87, ən gənc seçicinin isə 18 yaşı var.
27 saylı Sabunçu seçki dairəsinin 3 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə səsvermə keçirilir.
APA-nın əməkdaşının verdiyi xəbərə görə, məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1443 nəfərdir. Yerli müşahidəçilərdən 09:00-a olan məlumata görə, 16 nəfər qeydiyyatdan keçib.
27 saylı Sabunçu seçki dairəsinin 2 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə səs vermə davam edir.
APA-nın əməkdaşının verdiyi xəbərə görə, seçkilər bu gün səhər saat 08:00-da başlayıb. Məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1355 nəfərdir. Məntəqəyə hələlik xarici müşahidəçilərdən gələn olmayıb.
27 saylı Sabunçu seçki dairəsinin 34 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə start verilib.
APA-nın əməkdaşının verdiyi xəbərə görə, səsvermə 08:00-da başlayıb. Məntəqə üzrə qeydiyyatda olan seçilərin sayı 1446 nəfərdir. Məntəqədə seçicilərin aktivliyi müşahidə olunur.
7 saylı Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə səsvermə davam edir.
APA-nın əməkdaşının verdiyi xəbərə görə, məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1430 nəfərdir. Məntəqəyə Belarusdan olan 3 müşahidəçi gəlib.
Aləmdə Nəsib
Nigar Məhərrəm
Arzu Qurbanlı
Mirçingiz Ağazadə
Ulucay Akif