Prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi üçün ayrılan müddət sabah başa çatır

Prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi üçün ayrılan müddət sabah başa çatır
# 17 yanvar 2024 08:45 (UTC +04:00)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət sabah başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək səsvermə protokollarının dairə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR