Bank Of Baku

Prezident seçkilərində 30 ildən sonra Zəngilanda ilk dəfə səsvermə keçirilir - FOTO - VİDEO

Prezident seçkilərində 30 ildən sonra Zəngilanda ilk dəfə səsvermə keçirilir - FOTO  - VİDEO
# 07 fevral 2024 08:58 (UTC +04:00)

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 30 ildən sonra ilk dəfə Zəngilan rayonunda da seçki məntəqələri yaradılıb, səsvermə təşkil olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində səhər saatlarından başlayaraq fəallığı müşahidə edilir.

İşğaldan azad edilən Zəngilan rayonunun ərazisindəki Ağalı kəndində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 33 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakindir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı 61 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı seçki məntəqəsinin çıxışında "exit-poll" keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR