Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır

Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
# 17 yanvar 2024 07:00 (UTC +04:00)

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edə bilər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR