Azərbaycan hüdudlarından kənarda olan seçicilər də səsvermə hüququna malikdir.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 37 ölkədə səfirliklərdə, konsulluqlarda artıq 49 məntəqə yaradılıb: “Bu məntəqələrdə 23 mindən artıq seçici artıq qeydə alınıb. Eyni zamanda Azərbaycanda səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alma da tələb olunur.