®Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Xətai rayonunda seçicilərlə görüşüb

® Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Xətai rayonunda seçicilərlə görüşüb
# 17 yanvar 2024 17:44 (UTC +04:00)

Yanvarın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Xətai rayonunda seçicilərlə görüşüb.

APA xəbər verir ki, partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb. Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan BAXCP sədri qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə islahatların həyata keçirilməsinə nail olacaq.

Azərbaycanın ali təhsil müəssisələrinin, tələbələrin və ali təhsilli şəxslərin sayına görə, hətta MDB məkanında sonuncu yerdə dayandığını vurğulayan BAXCP sədri bildirib ki, təhsil sahəsindəki islahatlar təhsilin əlçatanlığının təmin edilməsindən, sahə təhsili verən ail təhsil ocaqları istisna olmaqla, digər universitetlərin özəlləşdirilməsindən, özəl təhsil müəssisələrinin sayının artırılmasından, həmçinin ali təhsil müəssiələrinə qəbulun orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə əsasən aparılmasından başlanılmalıdır.

BAXCP sədri öz nitqində sosial-iqtisadi sahələrdə, səhiyyə sistemində aparılması zəruri olan islahatlardan söz açıb və seçicilərin suallarını cablandırıb.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR