Prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb

Prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb
# 15 yanvar 2024 14:33 (UTC +04:00)

2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul ediləcək: “Yeni texnologiyaların hər zaman tətbiqinə üstünlük vermişik. İTV namizədlərin qatıldığı – “Diqqət mərkəzi – Seçki” verilişini sosial şəbəkə platformaları üzərindən yayımlayacaq. Bu da əlavə imkandır. Bunun üçün İTV rəhbərliyinə də təşəkkür edirik. Artıq prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb. İctimai Televiziya və Radio Yayımı Şirkətində namizədlərə 1 saatlıq efir vaxtı veriləcək. Püşkatma Komissiyası artıq 2 gün bundan öncə formalaşdırılıb. İndi namizədlərin ardıcıllığını müəyyənləşdirəcəyik”.

O diqqətə çatdırıb ki, namizədlər seçki elan olunandan özləri barədə sosial şəbəkə hesablarından məlumat paylaşır: “Sosial şəbəkələr əvvəlcədən namizədlərin istifadəsində olan vasitə idi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR