Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib
# 15 yanvar 2024 14:44 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

APA xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq.

Hər bir namizədə 8 dəq 57 saniyə vaxt veriləcək.

Həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. İctimai Radioda da debatlar saat 21:00-da başlayacaq.

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3 - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4 - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6 - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7 - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR