Qadın məhkumlar səs verir - FOTO

Qadın məhkumlar səs verir - FOTO
# 07 fevral 2024 11:20 (UTC +04:00)

Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

APA xəbər verir ki, səsvermə 29 saylı Sabunçu seçki dairəsinin 41 saylı seçki məntəqəsi üzrə aparılır. Məntəqə üzrə 532 qadın məhkum qeydiyyatdadır.

Məhkum Əfsanə Cəfərova ilk dəfədir cəzaçəkmə müəssisəsində səs verdiyini deyib. Üç aydır cəza çəkdiyini deyən məhkum həbs müddətinin 2 il 11 ay olduğunu bildirib: “İlk dəfədir burada səs verirəm. İnandığım şəxsə səs vermişəm. Səs vermək hər kəsin hüququdur. Öz iradəmlə gəlib səs verdim”.

Fidan İlqar

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR