Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə müəssisəsində növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə təşkil olunub.
APA xəbər verir ki, müəssisədə səsvermə 29 saylı Sabunçu seçki dairəsinin 41 saylı seçki məntəqəsi üzrə aparılır.
Seçki dairəsinin sədri Eldar Mahmudov qeyd edib ki, məntəqə üzrə 545 qadın məhkum səs verir.
Müəssisədə səsvermə prosesini Ombudsman Səbinə Əliyeva və QHT rəhbərləri də müşahidə edib.
Emin Şirvanzadə