Bank Of Baku

Qəbələdə 530 seçici ilk dəfə səs verir - FOTO

Qəbələdə 530 seçici ilk dəfə səs verir  - FOTO
# 01 sentyabr 2024 10:35 (UTC +04:00)

116 saylı Qəbələ seçki dairəsinin məntəqələrində səsvermə keçirilir.

APA-nın Şirvan bürosu xəbər verir ki, dairə üzrə məntəqələrdə seçici aktivliyi müşahidə olunur.

Sakinlər səhər saatlarından etibarən məntəqələrə gələrək səsvermədə iştirak edirlər.

116 saylı Qəbələ seçki dairəsi üzrə 54 066 seçici qeydiyyata alınıb. Onlardan 530 nəfər ilk dəfə səs verir. Yaşı 70-dən çox olan seçicilərin sayı 2460, 90-dan çox olanların sayı 79 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR