Qırğızıstan MSK: Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib

Qırğızıstan MSK: Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib
# 08 fevral 2024 11:56 (UTC +04:00)

"Tam məsuliyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib”.

APA xəbər verir ki, bunu Qırğızıstan MSK sədrinin müavini Tançtık Şaynazarov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

"MDB-də olan insanlar olaraq biz bir-birimizi daha yaxşı tanıyırıq. Dövlətin istinad yeri xalqıdır. Xalq seçirsə, xalq istəyirsə, beynəlxalq təşkilatlar buna heç nə edə bilməz. MDB PA olaraq bizim müşahidələrimiz xalqın rəyinə əsaslanır” - o qeyd edib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR