Rusiya MSK üzvü: Seçkilər yüksək səviyyədə keçirilib

Rusiya MSK üzvü: Seçkilər yüksək səviyyədə keçirilib
# 08 fevral 2024 12:04 (UTC +04:00)

“Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

APA xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Anton Lopatin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

O qeyd edib ki, növbədənkənar olmasına baxmayaraq, seçkilər yüksək səviyyədə keçirilib:

“Baxmayaraq ki, vaxt az idi. Amma seçkilər yüksək səviyyədə təşkil edilmişdi. Elektron veb-kameralar da məntəqələrdə quraşdırılmışdı. Bu çox yaxşı hal idi”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR