Rusiyalı deputatlar: Seçkilər çox şəffaf keçirildi

Rusiyalı deputatlar: Seçkilər çox şəffaf keçirildi
# 08 fevral 2024 12:07 (UTC +04:00)

Azərbaycan xalqı bu seçkilərdə həmrəylik nümayiş etdirdi.

APA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilər ilə bağlı danışarkən deyib.

O bildirib ki, seçkilər çox şəffaf keçirilib: "Bu, 100 faiz beləydi. Yalnız qərəzli şəxslər bunun tərsini deyə bilər. Artıq dinc işlərə keçmək vaxtıdır. Görüləcək işlər çoxdur. İşğal dövründə Azərbaycana dəymiş zərərlə tanış oldum, çox təəssüfləndim, dəhşətə gəldim. Nə qədər evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilib. Hazırda bunları bərpa etmək lazımdır. Rusiya bu işlərdə Azərbaycanın yanındadır. İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm".

Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədrinin müavini Aleksey Çepa isə bildirib ki, seçki çox yüksək səviyyədə keçib, bundan zövq alıb: "Dünən baş tutan seçki bir sıra ölkələrdə keçirilən seçkilərdən fərqlənirdi. Nizam-intizam çox yaxşı idi. Müşahidələrimə əsasən gördüm ki, seçki ilə bağlı gənclər çox fəal idi. Digər ölkələrdə seçkilərdə gənclər bu qədər fəal iştirak etmirlər. Ötən gün bizim seçicilərlə ünsiyyət qurmaq imkanımız oldu. Xeyli söhbətlər apardıq. Belə başa düşdüm ki, gənclər gələcəklərinə, özlərinə, inkişaflarına səs verdilər. Azərbaycan xalqı öz iradəsi ilə səs verdi. Dünya dəyişib, heç kim Azərbaycana təsir edə bilməz. Böyük məmnuniyyətlə İlham Əliyevi təbrik edirəm".

Azərbaycan-Rusiya Dostluq Qrupunun üzvü, millət vəkili Aleksandr Yuşenko da qeyd edib ki, seçkilərin nəticələrinə təsir edəcək hər hansı qanun pozuntusu müşahidə etməyiblər: "İnsanlar sevə-sevə seçkiyə gəlmişdilər. Tam şəffaf və ədalətli seçki keçirildi".

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR